VİDEO
Yaponiyanın Şika şəhərinin sakinləri Azərbaycan himnini ifa edib

Bu ilin 24 fevralında milli paralimpiya komitəsi və Şika şəhərinin meriyası arasında anlaşma olub. Allsport.az saytı xəbər verir ki, memoranduma əsasən azərbaycanlı paralimpiyaçıların Tokio-2020 paralimpiadasına qatılması ərəfəsində, Şika şəhərində hazırlıq keçmələri barədə razılıq əldə edilib.

AMPK beynəlxalq əlaqələrin genişlərdirilməsi, xüsusilə ölkəmizdəki Yaponiya səfirliyi ilə yaxından əməkdaşlıq etməsi idmançlarımızın gələcəkdə bu cür layihələrdə iştirak etməsi üçün şərait yaradır.

2-ci Vətən müharibəsi zamanı Şika şəhərinin meri Koizumi Masaru milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimova məktub göndərib. Bu bir daha 2 ölkə arasında olan yaxın dost münasibəti və Yaponiya xalqının haqqın tərəfində olduğunu bildirir.

Həmin kateqoriyadan