FOTO
Yaponiyanın caz ifaçısı Azərbaycan olimpiyaçılarını dəstəkləməyə çağırıb

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto Yutub kanalında izləyicilərini Tokio-2020-də Azərbaycan yığmasını dəstəkləməyə çağırıb. Allsport.az saytı xəbər verir ki, onun dünən paylaşdığı video “Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio olimpiya oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!” sözü ilə başlayır.

Bunun ardınca xanım ifaçının rəhbərlik etdiyi qrupun ifasında Azərbaycanın dövlət himni ana dilimizdə səslənir. Fonda Azərbaycanın və paytaxt Bakının görməli yerləri, Qarabağ müharibəsində Azərbaycan xalqının sevincini əks etdirən məqamlar, ölkəmizi xaricdə ləyaqətlə təmsil edən nar və ondan hazırlanan şirələr, Nar bayramı barədə fotolar əks olunur. Videoda Azərbaycanın dövlət himninin mətni həm doğma dilimizdə, həm də yapon dilində titrlə təqdim edilib.

Həmin kateqoriyadan