Yaxın Şərq klublarından gələn təklifləri nəzərə almayacaq

Lionel Messi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək niyyətində deyil. Allsport.az xəbər verir ki, argentinalının karyerasını davam etdirməsi üçün ən çox ehtimal olunan variant PSJ ilə müqaviləsini daha bir mövsüm uzatmaqdır. İndi parislilər hücumçu üçün yeni təklif hazırlayırlar.

Əvvəl hücumçu ilə “Əl-Hilal” və “Əl-İttihad”ın maraqlandığı bildirilmişdi, lakin Messi Yaxın Şərq klublarından və xüsusən də Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərə almayacaq. Lionelin atası Xorxe də Səudiyyə Ərəbistanından kluba keçə biləcəyi ilə bağlı xəbərləri təsdiqləməyib.

Messi bu mövsüm Fransa 1-ci liqasında 23 matçda 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan