Yelkənçilər və valideynlərlə görüş keçirilib

Yelkənçilər və valideynlərlə görüş keçirilib

Azərbaycan su idman növləri federasiyasının inzibati binasında yelkən idmanı üzrə fəaliyyət göstərən idmançılar və onların valideynləri ilə görüş təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirdə federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev iştirakçıları salamlayıb.

O, çıxışı zamanı su idman növlərinin sağlam həyat tərzinin formalaşmasındakı əhəmiyyətindən, yelkən idmanının inkişaf imkanlarından və federasiyanın qarşıdakı dövr üçün nəzərdə tutduğu layihələrdən danışıb.

Federasiyanın idarə heyətinin üzvü Burcu Alqon isə yelkən idmanı, idmançıların beynəlxalq yarışlarda qazandığı nəticələr və görüşün məqsədi barədə məlumat verib.

Görüş zamanı federasiyanın əməkdaşları, eləcə də yelkən idmanı üzrə məşqçi heyətinə yeni qoşulan baş məşqçi Gürbüz Arıqan və məşqçi Aysun Atay Arıqan valideynlərə təqdim olunub.

Tədbir fikir mübadiləsi şəraitində davam edib. Valideynlərin təklifləri dinlənilib, yelkən idmanının inkişafı, məşq prosesinin təşkili, idmançıların hazırlıq səviyyəsinin artırılması və gələcək fəaliyyət planları ilə bağlı müzakirələr aparılıb.

Həmin kateqoriyadan