- Baxış sayı: 139
- 24 İyul 2026 16:06
- Baxış sayı: 146
- İyul 22, 2026
- 0

Yurgen Klopp Almaniya millisinin baş məşqçisi oldu
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub.
Allsport.az xəbər verir ki, 58 yaşlı mütəxəssislə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Klopp Almaniya millisində dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında (əsas vaxt – 1:1, penaltilər – 3:4) uduzduqdan sonra vəzifəsindən ayrılan Yulian Nagelsmannı əvəzləyib.
Yurgen Kloppun sonuncu iş yeri İngiltərənin “Liverpul” klubu olub. O, daha sonra “Red Bull” şirkətinin futbol strukturunda rəhbər vəzifədə çalışıb. Alman mütəxəssisin adı bir müddət Madrid “Real”ı ilə də hallanırdı.