Yeni məşqçi təyinatları

Azərbaycan taekvondo federasiyasının idarə heyətinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub. 

Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub. Kişilərdən ibarət millinin baş məşqçisi Rza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlarda baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov olublar.

Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, U-21-də baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

Həmin kateqoriyadan