“Yenilməz” romanının təqdimatı

Milli paralimpiya komitəsinin 25 illik yubileyinə həsr edilmiş “Yenilməz” romanının təqdimatı keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə qurumun prezidenti İlqar Rəhimov, yazıçı İlqar Fəhmi, respublikanın əməkdar artisti Nicat Kazımov, bəstəkar Ruhin Məmmədov və “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov iştirak ediblər.

Paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komitənin və Heydər Əliyev fondunun birgə təşkilatçılığı ilə 2019-cu ilin noyabr ayında keçirilmiş “Yenilməz” beynəlxalq qala təqdimatı romanın və mahnının yazılmasına vadar etdi. O, qeyd etdi ki, “Yenilməz” layihəsi 2-ci Vətən müharibəsi qaziləridə daxil olmaqla ölkəmizdə paralimpiya hərəkatının inkişafına böyük təkan verəcək.

Rəhimov qeyd etdi ki, roman əlilliyi olan bir şəxsin həyatından bəhs edir. O, qəza nəticəsində əlil arabasına düşərək bir müddət çox böyük istirablarla, çətinliklərlə üzləşir. Lakin paralimpiya hərəkatına qoşulandan sonra onun həyatı dəyişir. O yenidən özünü tapır.

“Yenilməz” romanının müəllifi, yazıçı İlqar Fəhmi bildirib ki, əsərin əsas ideyası insanın hər hansı bir çətinlikdə olmasına rəğmən sona qədər həyat uğrunda mübarizə aparması, həyatda öz yerini tapmağa çalışması üzərində qurulub və əsərin gedişatı boyu biz tək baş qəhrəmanımız yox, başqa paralimpiyaçıların da həyatından və yaşadıqları çətinliklərdən , əzab-əziyyətlərdən və paralimpiya sahəsində özlərini təsdiqləməsindən fraqmentlər də görəcəyik.

Daha sonra komitənin 25 illiyinə həsr edirlmiş “Yenilməzlər” mahnısı və klipinin təqdimatı keçirilib. (Söz: Nicat Kazımov, bəstəkar: Ruhin Məmmədov).

Həmin kateqoriyadan