- Baxış sayı: 174
- 20 Sentyabr 2026 12:54
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Bu gün yeniyetmə taekvondoçulardan ibarət milli Avropa birinciliyində iştirak etmək üçün İspaniyanın Marina Dor şəhərinə yollanacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə ölkəmizi 6 oğlan və 5 qız idmançı təmsil edəcək.
Bunlar Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (+63 kq); Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimovadır (+59 kq).
Komandamız 4 oktyabırda Vətənə dönəcək.