Yeniyetmə və gənc taekvondoçularımız “Austrian Open”də 17 medal qazanılıb

Avstriyanın İnssbruk şəhərində yeniyetmə və gənc taekvondoçuların açıq birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, G1 kateqoriyalı “Austrian Open”də 17 medal qazanılıb.

Gənclərdə baş məşqçi Məmməd Abdulayev və çslışdırıcı Zahid Məmmədovun rəhbərliyi Məhəmməd Əlizadə (48 kq) 1-ci, Bəhruz Quluzadə (45 kq), Mehriban Məmmədova (44 kq) 2-ci, Xanoğlan Kərimov (48 kq), Mehdi Tağıyev (78 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qənbərli (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyeva (55 kq) 3-cü olublar.

Yeniyetmələrdə baş məşqçisi Səbuhi Zülfüqarov və məşqçi Sənan Həşimovun şans verdiyi Yaşar Məmmədli (45 kq) qızıl, Riyad Şirəliyev (41 kq), İlahə Quluzadə (59 kq) gümüş, Nihad Əlizadə (33 kq) və İsmayıl İsmayılov (41 kq) və Ofeliya Allahverdiyeva (41 kq) bürünc medal qazanıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil ediblər. Milli komandalarımız 6 iyunda Vətənə dönəcəklər.

Həmin kateqoriyadan