Yeniyetmələr arasında ölkə 1-ciliyi

Sumqayıt olimpiya idman kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda 2008-2010-cu illər təvəllüdlü idmançılar iştirak edəcəklər. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçiriləcək. Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.

Noyabrın 30-da start götürəcək turnir 2 gün davam edəcək.

Həmin kateqoriyadan