Yığma ilə vidalaşdı

Yığma ilə vidalaşdı

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun qapıçısı Eduar Mendi Seneqal milli komandasındakı karyerasına son qoyub.

Allsport.az xəbər verir ki, 34 yaşlı qolkiper sosial şəbəkə hesabında yığma forması ilə çıxış etdiyi parlaq anların yer aldığı video paylaşaraq “Təşəkkür edirəm, Seneqal!” sözləri ilə vida mesajı yayımlayıb.

Mendi Seneqal yığmasının şərəfini 60 rəsmi matçda qoruyub. O, milli komanda ilə 2021-ci ildə Afrika millətlər kubokunun qalibi olub, 2019-cu və 2025-ci illərdə isə eyni turnirin gümüş medallarına sahib çıxıb. Təcrübəli oyunçu DÇ-2026-da da yığmanın qapısını qoruyub, meydana çıxdığı 2 matçda 6 qol buraxıb.

Karyerası ərzində “Renn” və “Çelsi” kimi Avropa klublarının da şərəfini qoruyan Mendi 2021-ci ildə London təmsilçisi ilə UEFA çempionlar liqasının titulunu qazanıb.

Həmin kateqoriyadan