Ukraynaya təlim-məşqə yollandılar

Taekvondo üzrə gənclərdən ibarət millimiz Kiyevə yollanıb. Allsport.az xəbər verir ki, komandamız Ukrayna millisi ilə birgə təlim-məşq toplanışında olacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə 12 gənc taekvondoçunu cəlb edib. Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Qafarov, Pünhan Mürsəlov, Nizami Hacıyev, Göydəniz Hüseynov, Fuad Təhməzov, Şamil Mirzəyev, Nicat Hacıyev, Xıdır Məmmədov, Vaqif Hacıyev və Nihad Həsənov millinin heyətində yer alıb.

Gənclərdən ibarət millimiz artıq ikinci dəfədir təlim-məşqləri Ukrayna yığması ilə birgə keçirir. Hazırlıq prosesi 10 gün davam edəcək.

Həmin kateqoriyadan