Yığmamızın hücumçusu liderlə oyunda “qartallar”ı yenilgidən xilas edib

Almaniya 3-cü liqasının 11-ci turunda millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə lider “Unterhaxinq”lə 2:2 oynayıb. Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının 2-ci qolunu həmyerlimiz vurub. O, 83-cü dəqiqədə 11-mertlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “qartallar”ı yenilgidən xilas edib. Bu, onun cari mövsümdə 4-cü qol olub.

Münster klubu 10 xalla 20 kollektiv arasında 18-ci yerdədir.

Həmin kateqoriyadan