- Baxış sayı: 51
- 02 Avqust 2026 21:48
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Allsport.az xəbər verir ki, millimiz “Stayki” Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək TMT-də güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Nümayəndə heyətinə Azərbaycan güləş federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.