Yığmanın futbolçuları Tallinə yollandılar

Yığmanın futbolçuları Tallinə yollandılar

UEFA millətlər liqasında Estoniya ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yollanıb.

Allsport.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev beynəlxalq hava limanını tərk edib.

Komanda oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı “Lilleküla” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan