- Baxış sayı: 270
- 30 Aprel 2026 15:42
- Baxış sayı: 58
- May 01, 2026
- 0

Bu gün Paris-2024-də güləşçilərin mübarizəsi başlayıb.
Allsport.az saytı xəbər verir ki, öncə meydan yunan-romaçılara verilib. 130 kq-da Sabah Şəriəti ilk tutaşmada estoniyalı Heyki Nabini üstələyib. Hesab 1:1 bitsə də, axırıncı xalı bizimki aldığından, qalib elan olunub.
Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Alimxan Sızdikov ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala adlayıb. Bu mərhələdə onu 4-qat olimpiya çempionu Mixain Lopes (Kuba) gözləyir.