“Yuventus”da çıxış edə bilər

“Yuventus”da çıxış edə bilər

“Yuventus” heyətini “Real”ın futbolçusu ilə gücləndirmək istəyir.

Allsport.az xəbər verir ki, Turin klubu Braim Diasın transferi üçün ciddi səy göstərir.

İtaliya təmsilçisi yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqları davam etdirir.

Lakin futbolçunun mövqeyi fərqlidir. Dias həm şəxsi söhbətlərdə, həm də açıq şəkildə “Real”da qalmaq istədiyini bildirib.

Mərakeş millisinin üzvü 2025/2026 mövsümündə bütün turnirlərdə 42 oyuna çıxıb. O, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Həmin kateqoriyadan