Zaur Svanadze İspaniyada jurnalistlərlə görüşəcək

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə “İnter” arasında baş tutacaq ilk oyundan öncə mətbuat konfransları keçiriləcək. Allsport.az xəbər verir ki, mətbuat konfransları sabah, iyulun 29-da oyunun keçiriləcəyi “San Mames” stadionunda baş tutacaq.

Saat 15:00-da “İnter”in baş məşqçisi Zaur Svanadze mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Meydan sahiblərinin çalışdırıcısı Ernesto Valverde isə saat 20:15-də jurnalistlərlə görüşəcək.

“Atletik”in oyundan öncəki son məşqi saat 21:00-da, “İnter”inki isə gecə yarısı – 00:00-da start götürəcək.

Qeyd edək ki, “Atletik” – “İnter” matçı iyulun 30-da keçiriləcək.

Həmin kateqoriyadan