Zaur Svanadze: “İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik”

Məlum olduğu kimi, “İnter” UEFA Avropa Liqasının ikinci mərhələsi çərçivəsində İslandiyanın “Hafnaryordur” komandası ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu gün “Kaplakriki” stadionunda hər iki komandanın baş məşqçisinin oyunöncəsi mətbuat konfransı keçirilib.

“İnter”in baş məşqçisi Zaur Svanadze oyun haqqında bunları söyləyib: “İnter”in heyətində yeni futbolçular çoxdur. Buna baxmayaraq, İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik. “Hafnaryordur” komandasının son oyunlarını izləmişik. Hər iki komandanın şansları bərabərdir. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq”.

Mətbuat konfransında “İnter”in kapitanı Səlahət Ağayev də iştirak edib.

Xatırladaq ki, bu gün “İnter” oyun öncəsi son məşqini edəcək. Məşq Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan