“Zirə” Rəşad Abdullayevlə Kamal Bayramovu heyətinə qatdı

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Zirə” heyətini iki futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, bu gün yarımmüdafiəçi Rəşad Abdullayev və qapıçı Kamal Bayramovla müqavilə imzalanıb.

Hər iki futbolçu ilə müqavilənin müddəti 1 illikdir. Rəşad yeni komandasında 27, Kamal isə 85 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Abdullayevlə Bayramov son mövsümü AZAL-da keçirmişdi.

Həmin kateqoriyadan