“Zirvə” Azərbaycan birinciliyində 11 medal qazandı və mütləq qalib oldu

6-9 apreldə yeniyetmə ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarışda çox sayda idmançı medallar uğrunda mübarizəyə qoşulublar.

Birincilikdə geniş heyətlə iştirak edən “Zirvə”uğurlu çıxış nümayiş etdirib. Bu idman klubunun üzvləri 11 medal qazanıb ki, bunlardan da 3-ü qızıl, 4-ü gümüş və 4-ü də bürüncdür.

Bu nəticə ilə klubun bütün rəqiblərindən üstün olaraq (UGİM – 2 qızıl 3 gümüş və 3 bürünc, “Təhsil” – 3 qızıl və 1 gümüş) birinciliyin mütləq qalibi adını qazandı.

Həmin kateqoriyadan