“Zirvə” xatirə turniri keçirəçək

Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldırma XIV Bakı açıq turniri keçiriləcək. Allsport.az xəbər verir ki, daim bu yarışa öz dəstəyini vermiş “Zirvə” öz ənənəsini yenə sadiq qalacaq. Turnir noyabrın 22-də klubun Masazırda yerləşən zalında keçiriləcək.

Bu arada Zirve İnternational Sport Clubs-un Bolqarıstanda da daxili çempionatı baş tutub. Yarışda “Smolyan-Zirvə” ilə yanaşı Xaskovodan “Byala Meçka”, Asenovqraddan “Asenovets”, Sopotdan “Samson”, Pazarcıqdan “Pazarcıq” və Kaloferdən “Kalofer” klubunun nümayəndələri iştirak ediblər.

Qaliblər 7 yaş qrupunda Sinkleyr cədvəli üzrə müəyyən edilib. “Smolyan-Zirvə” atletləri 2 qızıl və bir bürünc medal əldə ediblər. Onların göstərdiyi nəticələrə əsasən “Zirvə”nin final mərhələsi yarışında iştirak etmək hüququ əldə edib-etmədiyi müəyyənləşəcək.

“Smolyan-Zirvə” İK-nın çempionatı barədə xəbərlər Bolqarıstanın təxminən 20-yə yaxın KİV-i tərəfindən işıqlandırıb. Xüsusilə də yarışda yüksək təşkilaçtılıq qeyd edilib, ölkə ağır atletikasına verilən xeyir diqqətə çatdırılıb.

bolqar-yarish

Həmin kateqoriyadan