Daha bir “Zirvəçi” Antalyada fərqləndi

Türkiyənin Antalya şəhərində kişi və qadın ağırlıqqaldıranlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının 3-cü çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, “Zirve İnternational Sport Clubs” bu mötəbər turnirə sponsorluq etmək qərarına gəlib. Bu yolla tək Azərbaycan deyil, həm də Türkiyə və dünya ağır atletikasına dəstək davam etdirəcək.

Yarışda Azərbaycan yığması da mübarizə aparır. Kişi yığmamızın heyətində “Zirvəçilər”dən Elşad Şərifov 77 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən qaldırma hərəkətində 127 kq, təkanla qaldırmada isə 162 kq-ın öhdəsindən gəlib.

Toplamda 289 kq (127+162) nəticə göstərən Elşad bürünc medala sahib çıxıb. O, fəxri kürsüdə türkiyəli Daniyar İsmayılov (330 kq) və iraqlı Saad Sarmadla (296 kq) birlikdə yer alıb. Buna qədər “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasova 63 kq çəkidə gümüş medala yiyələnib.

Həmin kateqoriyadan