Əfsanəvi basketbolçunun ölümünə səbəb olan helikopter qəzasının təfərrüatları

İdman dünyasını yasa bürüyən əfsanəvi basketbolçu Kobi Brayantın ölümünə səbəb olan helikopter qəzasının təfərrüatları məlum olub. Allsport.az xəbər verir ki, 42 yaşlı keçmiş basketbolçunu aparan “Sikorsky S-76” tipli helikopter Kaliforniyada güclü dumana görə qəzaya düşüb.

Pilot güclü dumana görə 15 dəqiqə havada dövrə vurmalı olub. İddiaya görə, qəzada pilotun böyük səhvi olub. 09:30-da “Burbank” hava limanından qalxan helikopterin pilotu 15 dəqiqə havada dövr edib. Dumana görə önünü görməyə pilot qərbə doğru istiqamətlənib.

09:40-da daha da güclü dumanla rastlaşan pilot cənuba istiqamət almalı olub. Bu isə çox ciddi həmlə olub. Çünki cənub istiqamətdə dağ var idi. Bu dönüş zamanı helikopter 356 metrdən 609 metrə qədər havaya qalxmalı olub. Hündürlüyün qalxmasının qəzaya səbəb olduğu yazılır.

Saat 09:45-də 518 metr hündürlükdən 218 km/saat sürətlə dağa çırpılan helikopterdən sağ qurtulan olmadı. Los-Anceles polisi helikopterdə olan 9 nəfərin vəfat etdiyini açıqlayıb. Brayantın 13 yaşlı qızı Cianna da dünyasını dəyişib.

Həmin kateqoriyadan