“Fikrimcə, biz də oyunumuzu tapmışıq”

Allsport.az xəbər verir ki, Avro-2024-ün seçməsində Brüsseldə “King Baudouin” stadonunda Belçika – Azərbaycan oyunu öncəsi mətbuat konfransında baş məşqçimiz Canni de Byazi fikini bölüşüb:

Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib. Komanda bütün oyunlarda meydanda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik.

Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Belçika yığmasının Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq.

Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq”

Qeyd edək ki, Belçika – Azərbaycan oyunu noyabrın 19-da saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan