“İsveçdə ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

Millimiz Avro-2024-ün seçməsində sabah Bakıda İsveç yığmasını qəbul edəcək. Allsport.az xəbər verir ki, komandamızın kapitanı Emin Mahmudov mətbuat konfransında fikirini bölüşüb:

“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək.

Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. İlk oyundakı məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

Həmin kateqoriyadan