Əmrəli: “Ümid edirəm ki, sabah bu tilsimi qıracağam”

Azərbaycan milli komandasının hücumçusu Mahir Əmrəli DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Zəfər günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə qol vura bilməməyim məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm. Ümid edirəm ki, sabah bu tilsimi qıracağam”.

Həmin kateqoriyadan