Əsas heyət Romada təlim-məşq keçir

Romada Avropa сüdo ittifaqının ənənəvi təlim-məşqi keçirilir. Allsport.az saytı xəbər verir ki, həm kişilər, həm də qadınlardan ibarət komandalarımız bu toplantıda iştirak edirlər.

Beynəlxalq hazırlığa Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları qatılıblar.

Yığmamızın məqsədi oktyabrda Əbu-Dabi “Böyük dəbilqə” və Avstraliyada beynəlxalq turnirdə iştirakdır. Hər iki yarış Tokio olimpiadasına xalları verir. Təlim-məşqə oktyabrın 11-də yekun vurulacaq.

Həmin kateqoriyadan