Əziz İldırım göz yaşı içində: Belə bir uşağımızın dünya çempionu olmasına görə fəxr edirəm

“Fənərbağça”nın prezidenti Əziz İldırım bu klubun azərbaycanlı idmançı Ramil Quliyevi təbrik edib. Allsport.az saytı xəbər verir ki, o, “sarı bülbüllər”in televiziya kanalına canlı yayımda bunları bildirib:

“Bu gecə Ramilin uğuru basketbolda Avropa çempionu olan komandamızın nailiyyəti ilə eyni dərəcədədir, hətta ondan daha üstdədir. Çünki burda fərdi mübarizə var. O, komanda idmanı idi, bu isə fərdi.

Özü də bu gün 2 dövlət, tək millətin uşağı olaraq qaçmışdır. Bu axşam ağlayacaq durumdaydım. Çox qürurluyam. Belə bir uşağımızın dünya çempionu olmasına görə fəxr edirəm. İnşallah, digər idmançılarımız da bunları bacarar”.

Xatırladaq ki, 200 metr məsafəyə qaçışda Ramil Quliyev həm özünün, həm də Türkiyənin ilk qızıl medalını qazanıb.

Həmin kateqoriyadan