14 cüdoçu üçün Aktau sınağı

Qazaxıstanın Aktau şəhərində 7-8 oktyabrda cüdo üzrə açıq Asiya turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirdə 10 ölkədən 244 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.

-60 kq.
Nurlan Kərimli
Babarahim Mirzəyev

-66 kq.
Qasım Vəlizadə
Rəşad Yelkiyev

-73 kq.
Nəriman Mirzəyev
Rüfət Şövlətov

-81 kq.
Məmmədrza Hacızadə
Məhərrəm İmamverdiyev

-90 kq.
İbrahim Ağakişiyev
Əjdər Bağırov
Musa Hüseynli

-100 kq.
Ruslan Nəsirli

+100 kq.
Camal Feyziyev
İmran Yusifov

Həmin kateqoriyadan