2-ci gündə 2 cudoçumuz tatami üzərinə çıxacaq

Tatarıstan paytaxtı Qazanda cüdoçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə daha 2 idmançınız qoşulacaq.

73 kq-da millimizin liderlərindən olan Rüstəm Orucov rəqabətə 1/16 finaldan başlayacaq. O, ilk cəhdində litvalı Kestutis Vitkauskasla üz-üzə gələcək.

81 kq-da Əbdülhaqq Rəsullunun da ilk görüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Alain Şmittlə (Fransa) qarşılaşacaq.

Yarışın ilk günündə 4 cüdoçumuz tatamiyə çıxıb və onlardan yalnız biri – Orxan Səfərov (60 kq) fəxri kürsüyə qalxıb. İdmançımız turnirin ikincisi olub. Millimiz yarışa 9 kişi, 1 qadın cüdoçu ilə qatılıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Həmin kateqoriyadan