2-ci heyət gücünü Tiflis qran-prisində sınayacaq

29-31 martda Tiflisdə cüdoçuların qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilərdə ölkəmizi Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi – 60 kq), İlkin Babazadə, İsmayıl Əliyev (65 kq), Fəqan Quluzadə, Afiq Səfərli (81 kq), Əblülhaqq Rəsullu, (90 kq), Əliömər Tumayev (90 kq), Şahin Qəhrəmanov (+100 kq) təmsil edəcəklər.

Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (52 kq), İçinkorloo Munxtsedev (57 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazacaqlar.

Həmin kateqoriyadan