2 cüdoçumuz yarımfinalda

Praqada gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir. Allsport.az xəbər verir ki, Qasım Vəlizadə (60 kq) 1/32 finalda Sloveniya təmsilçisi Luka Densanı məğlub edib. Növbəti mərhələdə çex Voyteç Kubalaya qalib gələn cüdoçumuz 1/8 finalda macarıstanlı Bense Farkasa qalib gəlib. 1/4 finalda erməni Yervand Nersesyanı məğlubiyyətə uğradan idman,;m;z yarımfinalda Marton Andrasi (Macarıstan) ilə qarşılaşacaq.

Rəşad Quluzadə (66 kq) də yarımfinala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda macarıstanlı Balint Qompası, qazaxıstanlı Dinmuxanbet Şamenovu və Almaniya təmsilçisi Levi Maerkti məğlub edib. İdmançımız yarımfinalda Qazaxıstanı təmsil edən Marlen Adillə görüşəcək.

Cavid Piriyev (60 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan