- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bakıda beynəlxalq cüdo turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışın təşkilini ACF açıqlayıb.
IV İnkişaf kuboku oktyabrın 26-27-də baş tutacaq. Turnirə “Sərhədçi” idman kompleksi ev sahibliyi edəcək.
Ölkəmizdə 23 ölkə təmsilçiləri mübarizə aparacaq. Türkiyə, Estoniya, Gürcüstan, Almaniya, Qazaxıstan, Latviya, Qırğızıstan, Niderland, Polşa, İsveç, Ukrayna, İtaliya, Moldova, Özbəkistan, İsveçrə, Sloveniya, İsrail, Xorvatiya, Slovakiya, Finlandiya, Kanada, İspaniya və Çex Respublikasından olan cüdoçular tatamiyə çıxacaq.