- Baxış sayı: 45
- 22 İyun 2026 10:05
- Baxış sayı: 141
- İyun 23, 2026
- 0

Azərbaycan cüdo federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF turuna start verir.
Allsport.az xəbər verir ki, növbəti belə yarış martın 6-da baş tutacaq. Turnirdə 40 klub və idman cəmiyyətindən olan 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.