- Baxış sayı: 49
- 17 Avqust 2026 21:57
- Baxış sayı: 49
- Avqust 17, 2026
- 0

Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi FİBA Avropa çempionatının “B” divizionunda çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, komandamız turnirdəki son qarşılaşmasında İsveçrə ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyun rəqibin 63:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycan millisi debüt etdiyi Avropa çempionatını 11-ci pillədə tamamlayıb.