- Baxış sayı: 20
- 17 İyul 2026 23:56
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA çempionlar liqasının oyununa təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 2-ci təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larn” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.
Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
İyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.