- Baxış sayı: 82
- 28 Oktyabr 2026 13:46
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu qapıçısı Simon Simoni ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi qolkiperin İsveçrənin “Lüsern” komandasına transfer olunduğunu rəsmən açıqlayıb.
Razılaşmaya əsasən, 22 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Albaniya millisinin üzvü olan Simon Simoni 2023-cü ildən “Ayntraxt”ın formasını geyinirdi.