DÇ-nin finalında

DÇ-nin finalında

Bu gün güləş üzrə U-17 dünya çempionatına start verilib.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil edilən yarışın ilk günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) hindistanlı Avinaş Çetakeyə 6:1 hesabıyla qalib gəldikdən sonra iranlı Əli Mortəza Leyvesini “tuş”la üstələyib. Ancaq yarımfinalda rusiyalı Soltan Yusupova 1:3 hesabıyla məğlub olub. Ömər sabah bürünc medal uğrunda güləşəcək. 

Qurban Məcnunov (55 kq) qırğızıstanlı Əlixan Miinazarovu vaxtından əvvəl (9:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda hindistanlı Hariom Hariomaya sonuncu xal prinsipinə əsasən (3:3) uduzub.

Orxan Həbibli (65 kq) yarımfinaladək çexiyalı Qaspar Sançes (8:0), rumıniyalı Qabriel Lunqu (9:18) və özbəkistanlı Sardar Mahmudova (9:0) tam üstünlüklə qalib gəlib. Finalın bir addımlığında Ukraynanı təmsil edən soydaşımız İbrahim Nəsibova minimal fərqlə (3:4) məğlub olan Orxan sabah bürünc medal uğrunda mübarizə aparacaq.

İsfahan Həsənov (80 kq) xorvatiyalı Toma Yelens üzərində inamlı qələbədən (6:0) sonra polşalı Şimon Trederi sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. 1/4 finalda Türkiyəli Əbdülxaliq Baldan (5:2) güclü olan Həsənov yarımfinalda litvalı Benediktas Bubeleviçiusa 4:2 hesabıyla qalib gələrək U-17 dünya çempionatında finala yüksələn ilk güləşçimiz olub. O, sabah finalda iranlı Əlirəza Rəzayi ilə güləşəcək.

Həmin kateqoriyadan