3-cü heyət Polşaya açıq qitə sınağına

Martın 2-3-də Polşa paytaxtı Varşavada cüdoçuların açıq Avropa turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 35 ölkədən 291 nəfərin iştirakı dəqiqləşib. Millini bu sınaqda 19 idmançı təmsil edəcək.

Bunlar Balabəy Ağayev, Davud Məmmədsoy, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı – 60 kq), İbrahim Əliyev, İlkin Babazadə, Mehman Sadıqov, Nurlan Osmanov (66 kq), Kərim Allahverdiyev, Kənan Quluzadə (73 kq), Afiq Səfərli, Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (81 kq), Qurban Qurbanov (90 kq), Kərim Abdullaxanlı (100 kq), Rüstəm Kotsoyev, Şahin Qəhrəmanov, Ayxan Cəfərovdur (+100 kq).

Həmin kateqoriyadan