3 futbolçumuzda COVİD-19 aşkarlandı, Norveçlə oyun təxirə salındı

U-17 Avropa çempionatının seçməsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan millimizin 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVİD-19 testi pozitiv nəticələnib.

Allsport.az saytı xəbər verir ki, bu ölkənin daxili qanunları nəzərə alınaraq, digər yığma üzvlərindən daha bir dəfə COVID-19 testi götürülcək.

Təqvimə əsasən bu gün – oktyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan