- Baxış sayı: 48
- 30 İyun 2026 01:02
- Baxış sayı: 101
- İyun 26, 2026
- 0
Çexiya Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında üzrə Avropa kuboku yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi ilk gündə hesabına 2 qızıl və 1 bürünc medal yazdırıb.
Əhməd Yusifov (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medal qazanıblar. Vüsalə Kərimova (40 kq) bürünc mükafata sahib olub.
İlk günün nəticəsinə görə, Azərbaycan milli 3 medal qazanaraq komanda hesabında 1-ci yerdə qərarlaşıb. 29 ölkədən 346 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunur.