4 cüdoçumuz mübarizəyə başlayır

Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün daha 4 idmançımız mübarizəyə başlayacaq.

Hidayət Heydərov (73 kq) 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov (73 kq) isveçli Tommi Masiasla üz-üzə gələcək.

Zelim Tçkayev (81 kq) 1/64 finalda qabonlu Terense Kuamba ilə, Murad Fətiyev (81 kq) 1/32 finalda yeni zelandiyalı Elliott Konnolli ilə qarşılaşacaq.

Həmin kateqoriyadan