2 cüdoçumuz dünya sıralamasında liderliyini qoruyur

Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycan millisinin aparıcı üzvləri mövqelərini yaxşılaşdırıblar.

Rio-2016-nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. Onlar öz çəkilərində 1-cidirlər. Olimpiadanı 5-ci sırada tamamlayan Orxan Səfərov (60 kq) sıralamada 2-ci pillədədir.

Yığmamızın digər cüdoçularından Nicat Şıxəlizadə (66 kq) 8-ci, İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cudur. Bundan başqa, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Uşanqi Kokauri (+100 kq) 22-ci, Tərlan Kərimov 35-ci (66 kq) yerdədirlər.

Həmin kateqoriyadan