Qəbələdə yeniyetmə cüdoçuların Şimal bölgəsi yarışı

Qəbələdə Şimal bölgəsi yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, burada 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 40 kq çəki dərəcələrində mübarizə aparırlar.

Qəbələdə keçirilən yarışın ilk günündə Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan 76 cüdoçu (74 oğlan, 2 qız) qüvvəsini sınayır. Şimal bölgəsi yarışına sabah yekun vurulacaq.

Həmin kateqoriyadan