Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırılıb

Xəbər verdiyimiz kimi, yenitmə cüdoçulardan ibarət millimiz Bakıda təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi ilə gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Yenitmələrdən ibarət  milli komandamız 2017-ci ildə  Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin olimpiya festivalında iştirak edəcək. Toplanışın ilk mərhələsini başa vuran cüdoçularımız yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər.  Artıq  yeniyetmə cüdoçularımız, məşqçi heyəti  cüdonun yeni qaydaları ilə məlumatlandırılıb.

Cüdo federasiyasının hakimlər komitəsinin sədri Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.

Həmin kateqoriyadan