- Baxış sayı: 37
- 02 İyul 2026 12:33
- Baxış sayı: 96
- İyul 01, 2026
- 0

Bakıda təşkil olunan UFC turniri böyük maraqla qarşılanıb. Allsport.az saytı xəbər verir ki, turnirin sahibi olan “TKO Group Holdings” şirkətinin yaydığı məlumata əsasən, Milli gimnastika arenasında yarışın bütün biletləri satılıb və tribunalar tam dolub. UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı paylaşımlar 612,9 milyondan çox təəssürat, videolar isə 297,3 milyon baxış toplayıb.
Döyüş həftəsi ərzində UFC-nin 50 milyondan artıq izləyicisi olan rəsmi instaqram hesabında Bakıdan gündəlik paylaşımlar edilib. Həmin materiallarda turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları dünya auditoriyasına təqdim olunub.
Bakıdakı tədbiri ilk dəfə dünyanın ən böyük striminq platformalarından biri olan “Paramount+” vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir. Turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Yarış beynəlxalq medianın da diqqət mərkəzində olub. Tədbiri 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.