“Qarabağ” təcrübəli “Azəryol”a, “Azərsu” ölkə çempionuna qalib gəldi

Bu gün “ABU arena”da həndbol üzrə 25-ci ölkə çempionatı start götürdü. Allsport.az saytı xəbər verir ki, ilk dəfə qadınlar mübarizəyə 6 komanda ilə başladı. Gərgin rəqabətdə 1-ci turdan gözlənilməz nəticə qeydə alındı.

Ötən mövsümün sonunda ABU adını “Azəryol”a dəyişən titullu klubumuz cari mövsümdə güclənən “Qarabağ”a yenildi – 24:25.

Günün son matçında son Azərbaycan çempionu və yeganə bölgə komandası “Nur” səfərdə “Azərsu” ilə qarşılaşdı. Bu görüşdə üstün oynayan debütant ölkəmizi EHF kubokunda təmsil edən kollektivi 30:26 hesabı ilə məyus etdi. Sabah “Gənclər Birliyi” ilə AzDBTİA üz-üzə gələcəklər.

Kişilərin 4 komandalı mücadiləsində “Məhsul” Bakının eyni adlı klubunu üstələyib – 29:24. Oktyabrın 8-də RİOEUGİM və “Təhsil” qarşılaşacaqlar.

Həmin kateqoriyadan