68 məşqçimiz 1-ci səviyyə sertifikatı alıb

Cüdo məşqçilərinin beynəlxalq cüdo federasiyasının (BCF) akademiyasında təhsili davam edir.

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyası (ACF) təşəbbüsü ilə ötən ildən start verilən BCF-in akademiyası ilə əməkdaşlıq davam etdirilir.

Belə ki, cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi akademiyanın proqramında təhsilə başlayıb.

Mayın 13-i akademiyada təhsil alan məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və BCF-in ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib.

Seminar BCF-in praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.

ACF cüdo məşqçilərini biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.

ACF BCF akademiyası ilə 2022-ci ilin mart ayından əməkdaşlığa başlayıb və nəticədə 80 cüdo məşqçisi proqrama cəlb edilib, onlardan 68 məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib.

2023-cü ildə ümumilikdə daha 80 nəfər məşqçinin BCF Akademiyasında təhsilə cəlb edilməsi planlaşdırılıb.

Həmin kateqoriyadan