7 futbolçumuz iştirak ərizəsinə salınmadı

DÇ-2022-nin seçməsində Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının iştirak ərizəsi müəyyənləşib. Allsport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi heyətə 23 futbolçu daxil edib.

Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfov iştirak ərizəsinə daxil edilməyiblər.

Bu gün Bakı olimpiya stadionunda görüş saat 20:00-da başlayacaq.

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov;
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə;
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov;
Hücumçular: Ramil Şeydayev, Mahir Əmrəli, Əli Qurbani, Anatoli Nuriyev.

Həmin kateqoriyadan